Press "Enter" to skip to content

“Xoşbəxt olsun uşaqlar” sərgisi keçirilib

“Xoşbəxt olsun uşaqlar” sərgisi keçirilib

BAYRAQDAR MEDİA – Noyabrin 5-də Azərbaycan Dövlət Kukla Teatrında S. Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin təhsilalanlarının rəsm əsərlərindən ibarət “Xoşbəxt olsun uşaqlar” adlı sərginin açılışı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Vətən müharibəsində qazanılmış tarixi Zəfərə, Azərbaycan xalqının qəhrəmanlığına, Qarabağa və Vətənə məhəbbətə, milli qürur və vətənpərvərlik duyğularına həsr olunan sərgidə uşaqların rənglərin dili ilə ifadə etdikləri duyğu və düşüncələr nümayiş olunub. Balaca rəssamların əsərlərində Zəfər tarixinin sevinci, doğma torpağa bağlılıq, Vətən sevgisi və sülh dolu gələcəyə inam öz bədii əksini tapıb. Sərgidə təqdim olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqların saf dünyagörüşündən süzülərək rənglərə hopan bu təsvirlər bir daha göstərib ki, Vətən sevgisi və milli dəyərlərə bağlılıq gələcək nəsillərin yaradıcılığında da mühüm yer tutur”.

Daha sonra xəbərdə, “tədbir çərçivəsində məktəbin şagirdlərinin ifasında rəqs və musiqi nömrələrindən ibarət bədii proqram da təqdim olunub. Rənglərin, musiqinin və uşaqların yaradıcılıq enerjisinin bir araya gəldiyi tədbir iştirakçılara xoş ovqat bəxş edib. Sərginin keçirilməsində əsas məqsəd uşaqların yaradıcılıq potensialının nümayişi, onların vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək, milli-mənəvi dəyərlərin və Zəfər tarixinin incəsənət vasitəsilə təbliğidir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.