Press "Enter" to skip to content

AQTA-dan növbəti maarifləndirici videoçarx – VİDEO

AQTA-dan növbəti maarifləndirici videoçarx

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti maarifləndirici videoçarx hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “videomüraciətdə fermerlərin zərərverici ilə mübarizədə iştirakı, qışlama dövründə onun aşkar edilərək məhv edilməsinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatına ciddi ziyan vura bilər. AQTA əhalini və fermerləri zərərvericiyə qarşı mübarizədə fəal olmağa, qışlama yerlərində aşkar edilən bağacıqları zərərsizləşdirməyə çağırıb. Qışlama dövründə aparılan mübarizə tədbirləri zərərvericinin sayının azalmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına mühüm töhfə verir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.