Press "Enter" to skip to content

Jalə Teymurlu: QHT sektorunun qarşısında yeni vəzifələr dayanır

Jalə Teymurlu

BAYRAQDAR MEDİA – “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Biz bu diqqət və qayğını QHT sektorunun fəaliyyətinin təşviqində, həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə və vətəndaş cəmiyyətinin institusional inkişafına yönəlmiş addımlarda aydın şəkildə görürük. Bunun növbəti nümunəsi noyabrın 5-6-da Gəncə şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “İnci”Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Jalə Teymurlu deyib.

O qeyd edib ki, Forum bütün məqamları ilə, xüsusilə iştirak proqramının zənginliyi, müzakirə olunan məsələlərin əhatəliliyi və panel iclaslarında gündəmə gətirilən mövzuların aktuallığı baxımından bizim üçün yaddaqalan oldu: “Burada səsləndirilən fikirlər və aparılan müzakirələr bir daha göstərdi ki, Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafı və QHT sektorunun gücləndirilməsi ilə bağlı müəyyən etdiyi siyasət aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl və uğurla həyata keçirilir. Eyni zamanda, Forum bizə onu da göstərdi ki, Azərbaycan QHT sektoru artıq yeni inkişaf mərhələsinə qədəm qoymalıdır. Bu mərhələdə dövlət dəstəyi ilə yanaşı, hər bir təşkilatın öz təşəbbüskarlığı, fəallığı, yeniliklərə açıq olması və müasir dövrün çağırışlarına uyğun fəaliyyət qurması mühüm əhəmiyyət daşıyır. QHT-lər ənənəvi fəaliyyət üsulları ilə kifayətlənməməli, dəyişən reallıqlara uyğunlaşmalı, daha çevik idarəetmə və güclü komanda modeli formalaşdırmalıdırlar”.

QHT sədri hesab edirik ki, hər bir QHT dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etməklə yanaşı, öz fəaliyyətini də yeni dövrün tələblərinə uyğunlaşdırmalıdır: “Biz də təmsil etdiyimiz təşkilat olaraq qarşıdakı dövrdə fəaliyyət istiqamətlərimizi yenidən nəzərdən keçirəcək, yeni təşəbbüslərə üstünlük verəcək, daha çevik və müasir iş modeli formalaşdırmaqla qarşıya qoyulan çağırışlara uyğun addımlar atacağıq. Əminəm ki, Gəncədə keçirilən bu forum təkcə müzakirə platforması kimi deyil, həm də Azərbaycan QHT sektorunun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi yadda qalacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.