Press "Enter" to skip to content

Regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı

Regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı

BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ACF-dən daxil olub.

Xəbərdə deyilir ki, “doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir. Məşqlərə ACF-in peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir”.

Daha sonra xəbərdə, “ACF regionlarda cüdonun inkişafına və perspektivli idmançıların mütəmadi hazırlıq prosesinə cəlb olunmasına xüsusi diqqət ayırır. Bu istiqamətdə 2023-cü ildən etibarən region cüdoçuları üçün həm müxtəlif bölgələrdə, həm də Bakıda təlim-məşq toplanışları təşkil edilir. İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib” deyə bildirilir.

Qeyd edək ki, hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.