Press "Enter" to skip to content

Milli Məclisin Sədri və deputatlar İtaliyaya səfər edəcək

Sahibə Qafarova

Bayraqdar.info – Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 17-dən 19-dək İtaliyada rəsmi səfərdə olacaq.

Məlumatı Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən veriblər.

Məlumatda bildirilir ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

“Səfər çərçivəsində MM Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin Xarici İşlər naziri ilə görüşəcək. Parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişafı barədə fikir mübadiləsi aparacaq. Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri də nəzərdə tutulub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.