Press "Enter" to skip to content

Sinoptiklər xəbərdarlıq etdi: bəzi dağ çaylarından sel keçəcək

Bayraqdar.info – Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən iyulun 22-də bayraqdar.info-ya verilən məlumata görə, xəbərdarlığa əsasən, iyulun 23-24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 15-18 metr olacaq, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Xəbərdarlığa görə, iyulun 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcək.

Xidmətdən bildirilir ki, qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi bildirilir.

Mission News Theme by Compete Themes.