Press "Enter" to skip to content

Şahmatçı Rauf Məmmədovdan növbəti qələbə

Son yeniləmə: 2 Sentyabr 2021 10:29

Bayraqdar.info – Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından sentyabrın 2-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov polşalı Kacper Piorun ilə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. O, turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşərək liderliyini davam etdirir.

“Digər təmsilçilər – Nicat Məmmədov fransalı Maksim Laqardı məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. O, bu nəticə ilə 3-9-cu yerləri bölüşür.

“Yeddinci turu daha bir şahmatçı – Read Səmədov qələbə ilə başa vurub. Belə ki, o, isveçrəli Nikolas Kuenqi məğlub edib. Nicat Abbasov serbiyalı İvic Velimir, Aydın Süleymanlı litvalı Karolis Juksta ilə heç-heçə ediblər.

“Ötən turların nəticəsinə görə, N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xala malikdirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.