Press "Enter" to skip to content

148 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 10 Sentyabr 2021 11:05

Bayraqdar.info – 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat aparılır.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. 10 sentyabr saat 10:10-dək imtahanda iştirak etmək üçün148 nəfər (Azərbaycan bölməsi – 132; rus bölməsi – 16) qeydiyyatdan keçib.

“Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

“Qeyd edək ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. Baza fənləri üzrə imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə imtahana yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.