Press "Enter" to skip to content

Boş qalan plan yerlərinə və kolleclərə abituriyentlərin ixtisas seçimi

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 10-da başa çatır.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, sentyabrın 10-da saat 10:05-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 17 min 244 abituriyent ixtisas seçimi edib.

“Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur”, – deyə DİM-dən bildirilib.

Mission News Theme by Compete Themes.