Press "Enter" to skip to content

Xaricdə doktorantura təhsili üçün lazımi sənədlər

Bayraqdar.info – “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə həyata keçirilməsi planlaşdırılır.

Bu barədə sentyabrın 10-da bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:

Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);
Diplom(lar) və əlavəsi(ləri);
Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
Tövsiyə məktubları (2 ədəd);
Sağlamlıq haqqında arayış (AZS – 086/1);
Elmi məqalələrin surəti (mövcud olduğu halda);
CV.

Nazirlik xaricdə doktorantura təhsli almaq istəyənlərə indidən hazırlaşmağı tövsiyə edir.

Mission News Theme by Compete Themes.