Press "Enter" to skip to content

Uşaq-gənclər idman məktəblərinin yetirmələrindən uğurlu nəticələr

Bayraqdar.info – 11-19 sentyabr 2021-ci il tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında cüdo və karate idman növləri üzrə yarışlar başa çatıb.

Təhsil Nazirliyindən sentyabrın 16-da bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.

Həmin oyunlarda Azərbaycan yığma komandasının tərkibində ölkəni təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin cüdo idman növü üzrə idmançıları Həsən Qurbanlı 34 kq, Əhməd Rüstəmov 46 kq, Hüseyn Eyvazlı 66 kq çəki dərəcələrində 3-cü yerə layiq görülüb.

Karate idman növü üzrə yarışda Mərkəzin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən Ramilə Heydərova, Orxan Musayev 2-ci yeri, Mərkəzin 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançılarından Pərvin Hüseynzadə 2-ci yeri, Sunay Kazımlı, Cavidan Cəlilzadə isə 3-cü yeri tutub.

Mission News Theme by Compete Themes.