Press "Enter" to skip to content

“Əsrin müqaviləsi”nin 10 illiyinə həsr olunmuş gümüş xatirə medalı

Bayraqdar.info – Azərbaycanın müasir tarixində dönüş nöqtəsi sayılan “Əsrin müqaviləsi”nin 10-cu ildönümü şərəfinə buraxılan gümüş xatirə medalı Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır.

Bu barədə bayraqdar.info-ya Muzeydən bildirilib.

Xatirə medalı 925 əyarlıdır və çəkisi 26 qramdır. Medal dünyanın ən qədim “Mincovna Kremnica” zərbxanasında (Slovakiya) hazırlanıb.

Xatırdadaq ki, “Əsrin müqaviləsi” adı ilə məşhur olan bu müqavilə dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir. Müqavilə 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqındadır.

Mission News Theme by Compete Themes.