Press "Enter" to skip to content

“Bakı Metropoliteni” QSC-də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bayraqdar.info – “2020-ci il Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.”

Bu barədə “Bakı Metropoliteni”nin sentyabrın 27-də yaydığı xəbərdə bildirilir.

Məlumatda deyilir ki, anım mərasimində “Bakı Metropoliteni”nin rəhbərliyi də iştirak edib:

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri “Nərimanov” elektrik deposunda 20 Yanvar və Birinci Vətən müharibəsinin metropolitençi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətən müharibəsində “Bakı Metropoliteni”nin əməkdaşları da iştirak edib. İkinci Qarabağ müharibəsində “Bakı Metropoliteni” QSC-nin kollektivinin əməkdaşları da işğaldan azad olunmuş torpaqlarımzın azad edilməsində iştirak edib. Onlardan 7 nəfəri qazi kimi kollektivə qayıdıb. Döyüşlərdə şücaət göstərmiş metropolitençilərin fədakarlığı dövlətin müxətlif təltifləri ilə xüsusi qeyd olunub. 4 metropolitençi övladı bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.

“Azərbaycan xalqı, o cümlədən Bakı Metropoliteninin kollektivi hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir və xatirəsini uca tutur.

“Qoy üçrəngli bayrağımız həmişə azad Vətən səmasında dalğalansın!

“Qarabağ Azərbaycandır!”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.