Press "Enter" to skip to content

Dini məbədlərdə şəhidlərin xatirəsi anılır

Bayraqdar.info – Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərin, mülki vətəndaşların xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Bayraqdar.info Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, sentyabrın 27-də şəhidlərin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – Heydər məscidində, Təzəpir məscidində, “Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Ağdam Cümə məscidində, Kəlbəcərdəki Xudavəng məbədində, Laçındakı Ağoğlan məbədində, Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad edilir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur, dini ayinlər icra olunur, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilir.

Mission News Theme by Compete Themes.