Press "Enter" to skip to content

Əyani tədris tam bərpa olunub

Bayraqdar.info – Ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə 29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb.

Qeyd edilən siniflər üzrə proqnoz göstəricilərinə əsasən, 968 min 230 şagird ənənəvi tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Xəbər bayraqdar.info-ya sentyabrın 29-da Təhsil Nazirliyindən daxil olub.

“Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani tədrisə başlanılıb. 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 min 820 nəfər, magistratura pilləsi üzrə 16 min 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 min 693 nəfər tələbənin təhsil alacağı proqnozlaşdırılır.

“Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçiriləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.