Press "Enter" to skip to content

İctimai Şuraya seçkilərlə bağlı Seçki Komissiyasının iclası

Bayraqdar.info – Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərlə bağlı Seçki Komissiyasının iclası keçirilib. İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov Şuranın əhəmiyyətindən, Nazirliyin fəaliyyətinə verəcəyi dəstəkdən və işin təkmilləşdirilməsi meyarlarından danışıb.

Nazir müavini Şuranın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı rəy və təkliflərin hazırlanması, normativ hüquqi aktların ictimai təhlilinin həyata keçirilməsi işində yaxından iştirakının əhəmiyyətini bildirib.

İclasda iştirak edən Komissiya üzvləri təkliflər irəli sürüblər.

Bu barədə bayraqdar.info-ya oktyabrın 1-də Nazirlikdən bildirilib.

Xəbərdə qeyd edilir ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Qeydiyyat üçün sənədlər oktyabrın 1-dən qəbul edilir. Sənədlərin qəbulu müddəti oktyabrın 28-də başa çatacaq.

Nazirlikdən qeyd edilib ki, Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd Nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Mission News Theme by Compete Themes.