Press "Enter" to skip to content

Partlayıcı hərbi sursat və minalarla bağlı proqram

Bayraqdar.info – Oktyabrın 15-də UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə Birgə Fəaliyyət Planı imzalanıb.

Xəbər bayraqdar.info-ya oktyabrın 16-da Təhsil Nazirliyindən verilib.

“İmzalanma mərasimində UNICEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, ANAMA və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə Birgə Fəaliyyət Planının təqdimatı olub.

“Bildirilib ki, müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20 min uşaq daxil olmaqla 100 min insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və ailələrin maarifləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.