Press "Enter" to skip to content

Helikopter qəzasında həlak olanların adları açıqlandı – SİYAHI

Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 30 Noyabr 2021 16:49

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, noyabrın 30-u səhər saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəzada 14 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilirdi.

Xızıda helikopter qəzaya uğradı, yüksək rütbəli hərbçilər həlak oldu

Artıq həlak olanlar və yaralananlarla bağlı əlavə məlumat da paylaşılıb. Sputnik Azərbaycan DSX-ya istinadla həlak olanların siyahısını dərc edib. Siyahıda 1 polkovnik, 1 polkovnik-leytenant, 5 mayor, 4 kapitan, 1 baş leytenant və 1 leytenant, həmçinin 1 nəfər texniki işçi var.

1. Polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. Mayor Həsənov Elmir Mircəlil oğlu;
4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. Mayor Mayılov Emil Şahid oğlu;
6. Mayor Məmmədov Murad Yaşar oğlu;
7. Mayor Əliyev Emil Elman oğlu;
8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
13. Leytenant Süleymanov Abdulla Telman oğlu;
14. Texniki işçi Nəbiyev Elçin Fikrət oğlu.

Qeyd edilir ki, hadisə zamanı 4 deyil, 2 nəfər yaralanıb. Bunlar polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu.

Əlavə edək ki, artıq Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Bu haqda xəbəri Baş Prokurorluq yayıb.

“Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir”, – deyə xəbərdə bildirilir.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.