Press "Enter" to skip to content

“Sərhədçilərin dostu” kinoloji yarışlar

“Sərhədçilərin dostu” kinoloji yarışlar

Son yeniləmə: 10 Dekabr 2021 18:32

Bayraqdar.info – Dövlət Sərhəd Xidmətinin (DSX) Heyvan Təlimatçılarının Hazırlığı Mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin “Sərhədçilərin dostu” kinoloji yarışları keçirilib.

DSX-nin mətbuat mərkəzindən bayraqdar.info-ya bildiriblər ki, narkotik vasitələrin axtarışı və iz axtarışı üzrə iki istiqamətdə keçirilmiş yarışların məqsədi xidməti it təlimatçıların və bələdçilərin peşəkar hazırlığının inkişaf etdirilməsidir. Həmçinin, yarışın məqsədi dövlət sərhədinin mühafizəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqələrində narkotik vasitələrin axtarışı bacarıqlarının təkmilləşdirilməsi olub. Eyni zamanda, ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssislərin və yüksək iş qabiliyyəti olan xidməti itlərin müəyyənləşdirilməsidir.

“Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik vasitələrin axtarışı və sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması üzrə tapşırıqlar yerinə yetirilib.

“Kinoloji yarışların qalibləri kubok və diplomlarla təltifləndiriliblər.

“Yarışların yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.