Press "Enter" to skip to content

Nazir Avropa Şahmat İttifaqının prezidenti ilə

Fərid Qayıbov

Son yeniləmə: 24 Dekabr 2021 15:48

Bayraqdar.info – Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dekabrın 24-də Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və icraiyyə komitəsinin üzvü Sərxan Həşimov da iştirak ediblər.

Qonaqları salamlayan nazir şahmat üzrə Vüqar Həşimov Memorialının uğurla keçirilməsi münasibətilə təşkilatçıları təbrik edib.

“Vüqar Həşimov Memorialı-2021” turniri ilə əlaqədar ölkədə səfərdə olan Avropa Şahmat İttifaqının prezidenti səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələri olduğunu qeyd edib”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.