Press "Enter" to skip to content

İtkin düşmüş baş leytenant Fuad Bağırovun nəşi tapılıb

Müdafiə Nazrliyi

Bayraqdar.info – Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyətinin və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri öz nəticəsini verib. Belə ki, itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən mılumat verilib.
Məlumatda daha sonra deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!”

Mission News Theme by Compete Themes.