Press "Enter" to skip to content

Sərhədçilər 12 kq narkotik tapdılar

Narkotik

Son yeniləmə: 9 Fevral 2022 18:00

Bayraqdar.info – Fevralın 7-də Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu, Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bayraqdar.info-ya verilən xəbərə görə, bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kiloqram 70 qram heroin, 1 kiloqram 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Mission News Theme by Compete Themes.