Press "Enter" to skip to content

KOBİA ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq genişlənir

Son yeniləmə: 15 Fevral 2022 18:25

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq genişlənir.

Bu barədə bayraqdar.info-ya fevralın 15-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) prezidenti Aleks Kaplun ilə görüşüb.

Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər diqqətə çatdırılıb. Tərəflər hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında maraqlı olduqlarını, palata və KOBİA-nın birgə əməkdaşlığı çərçivəsində işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə dəstək göstəriləcəyini bildiriblər.

Mission News Theme by Compete Themes.