Bayraqdar.info – Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 4 aprel 2022-ci il tarixində saat 10 radələrində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bayraqdar.info-ya bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hazırda hadisə yerindədirlər.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.









