Bayraqdar.info – İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında “Bahar kuboku”şahmat turniri başlayıb. Turnir İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bu barədə bayraqdar.info-ya aprelin 4-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, turnir Nazirlik əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunub.
Nazirliyin 80-dən çox əməkdaşının iştirak etdiyi yarışlara aprelin 16-da yekun vurulacaq.





