Press "Enter" to skip to content

Oman sultanlığının turistləri H.Cavidin ev-muzeyində

Hüseyn Cavidin ev-muzeyi

Bayraqdar.info – Oman Sultanlığının əş-Şərkiyyə vilayətinin Dammam şəhərindən olan turistlər AMEA Hüseyn Cavidin ev-muzeyində olublar.

Bu barədə aprelin 4-də bayraqdar.info-ya Muzeydən bildirilib. Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara böyük Azərbaycan şairi H.Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun səhnə əsərlərində qaldırılan bəşəri problemlərin bu gün də aktual olduğu bildirilib. Diqqətə çatdırılıb ki, H.Cavid irsi dünyanın bir çox ölkələrinin aparıcı elm və tədris müəssisələrində olduğu kimi, Omanın Sultan Qabus Universitetində də tədqiq edilib.

“Omanın tanınmış rəssamı Lena Salman ölkənin təsviri sənəti haqqında çox oxuduğunu və qonağı olduğu Muzeydə görkəmli Azərbaycan rəssamları və heykəltəraşlarının əl işlərinin onda böyük təəssürat oyatdığını bildirib. Onun həyat yoldaşı geoloq Mohammed əl-Nəmər muzeyə ziyarətdən məmnun qaldığını deyib. O, istər Oman, istərsə də Azərbaycan ziyalılarının oxşar taleyi yaşadığını söyləyib. Qonaqlara Muzeyin nəşr etdirdiyi “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə olunub”, – deyə Muzeyin xəbərində deyilir.

Mission News Theme by Compete Themes.