Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 15-də keçiriləcək test imtahanına qeydıyyat aparılır. İmtahan inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə keçiriləck.
Bu barədə bayraqdar.info-ya mayın 5-də DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək: “Bu gün saat 11:45-ə olan məlumata görə, imtahan vermək üçün 46 (AB – 7, AC – 39) nəfər qeydiyyatdan keçib”.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.





