Press "Enter" to skip to content

Moldova idmançıları Suqovuşanda yarışacaqlar

Moldova kanoeçiləri

Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına bir gün qalıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, iştirakçı ölkələrdən Moldova komandası mayın 4-də gecə Bakıya gəlib. Qonaqlar Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb.

Federasiyanın nümayəndələri Moldova komandasını salamlayıb və onlara yarış haqqında məlumat veriblər.

“Sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib. Qeyd edək ki, Moldova “Prezident kuboku”nda 2 idmançı ilə mübarizə aparacaq. Yarışlar 2 gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda başlayacaq. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.

“Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaqlar. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.