Press "Enter" to skip to content

Molla rejimindən daha bir hədsizlik

İrandakı dərsliyin üz qabığı

BAYRAQDAR MEDİA – Son vaxtlar Azərbaycana qarşı müxtəlif təxribatlara yol verən İranın fars-molla rejimi öz çirkin əməllərindən əl çəkmir. Bu günlərdə isə molla rejiminin Azərbaycana qarşı daha bir hədsizliyi üzə çıxıb.

Araz News xəbər verir ki, bu hədsizlik dərs kitablarında öz əksini tapıb.

Məlumata əsasən İranın doqquzuncu sinif “Müdafiə hazırlığı” dərs kitabının üz qabığında bir foto-kollaj yerləşdirilib. Həmin foto-kollajda raket başlıqları İranın mərkəzindən Azərbaycana və Təbriz şəhərinə doğru atəşlənib.

Bu addım Güney Azərbaycan türkləri tərəfindən etirazla qarşılanıb. Öz növbəsində Araz News fars-molla rejimi təmsilçisi və tərəfdarlarının bu hədsizliyə gülünc izahına eyham edərək yazıb: “Təbii ki, bu, sadəcə sadə qrafik dizayndır və hər şeydə qərəzli olub bəhanə axtarmamalısınız! Hətta, bu dizaynın İranın yüksək məqamlarının təmsilçilərinin dəfələrlə bəyan etdiyi “Azərbaycan gec-tez İrandan ayrılacaq” yaxud istintaq zamanı bir çox dəfə azərbaycanlı fəallara dedikləri “Biz Azərbaycanda sizə yanmış torpaqlar qoyacağıq” deməsi ilə heç bir əlaqəsi yoxdur. Bu qədər qərəzli olub bəhanə axtarmağın nə mənası var?!”

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.