Press "Enter" to skip to content

Qazaxıstan nümayəndə heyəti Milli Müdafiə Universitetində

Milli Müdafiə Universitetində görüş

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib: “Daha sonra qonaqlara Milli Müdafiə Universitetinin tarixi, struktur və təhsil səviyyəsinin təşkili haqqında geniş brifinq təqdim olunub”.
Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.