Press "Enter" to skip to content

Azərbaycanlı QHT sədrinin tədqiqatına yüksək diqqət

GlobaLex

Son yeniləmə: 5 Yanvar 2023 19:04

AZƏRTAC – Bugünlərdə ABŞ-ın Nyu-York Universitetinin Hauser Qlobal Hüquq Məktəbinin “GlobaLex” proqramı çərçivəsində İctimai Birliyin sədri Ramil İskəndərlinin müəllifi olduğu “Azərbaycan hüquq sistemi bələdçisi” adlı tədqiqat sənədi universitetin saytında yerləşdirilib.

Bu barədə AZƏRTAC-a “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən bildirilib.

Qeyd olunub ki, Ramil İskəndərli bu araşdırma sənədinin 2009-cu ildən universitetin saytında əsasən dünya hüquq sistemləri tədqiqatçıları arasında populyar olan “GlobaLex” proqramı tərəfindən yerləşdirildiyini və 3-5 ildən bir yeniləndiyini deyib. Onun sözlərinə görə, bu tədqiqatlar əsasən müxtəlif ölkələrdə mövcud olan hakimiyyətlər bölgüsü, hüquq və inzibati idarəetmə sistemi, hüquq üzrə təhsil müəssisələri, hüquq nəşrləri və internet informasiya resursları və s. məlumatları özündə ehtiva edir.

“Azərbaycan hüquq sistemi bələdçisi” tədqiqatı Ramil İskəndərli tərəfindən 2022-ci ilin ortalarında bir daha yenilənib və ilin sonunda təsdiqlənərək saytda yerləşdirilib.

Yenilənmiş sənəddə Azərbaycanın “Qarabağ ərazisində Yeni İdarəetmə Sistemi” adlı 5.1 saylı bölmə əlavə edilib. Bu əlavədə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlik institutları, Qurumlararası Əlaqələndirmə Mərkəzi, Qarabağ Dirçəliş Fondu, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması və işğaldan azad edilmiş ərazilərlə bağlı fəaliyyəti barədə məlumat qeyd olunub.

“GlobaLex” beynəlxalq və xarici hüquq tədqiqatlarına həsr olunmuş elektron hüquqi nəşrdir. Nyu-York Universitetinin Hauser Qlobal Hüquq Məktəbi Proqramı tərəfindən dərc edilib. “GlobaLex” getdikcə qloballaşan təhsil və praktiki hüquq dünyasının ehtiyaclarını ödəmək üçün yüksək səviyyəli beynəlxalq, xarici və müqayisəli hüquq tədqiqat alətlərinin yayılmasını təşviq edir. “GlobaLex” tərəfindən dərc edilən məlumat və məqalələr həm də xarici, beynəlxalq və müqayisəli hüquq tədqiqatları sahəsində fəal olan dünyada hüquq akademikləri, təcrübəçiləri və digər mütəxəssislər tərəfindən istifadə olunan tədqiqat və tədris resurslarını təmsil edir.

Mission News Theme by Compete Themes.