Press "Enter" to skip to content

TƏBİB-də yeni təyinat

Pərvin Əkbərov

Son yeniləmə: 10 Yanvar 2023 15:05

BAYRAQDAR MEDİA – TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Pərvin Əkbərov müşavir təyin olunub. P.Əkbərov, təyinatınadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsində çalışıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, P.Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində reabilitasiya və fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universitetinin osteopatik klinik reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir: “Hazırda Qazi Universitetində reabilitasiya və fizioterapiya üzrə doktorantura təhsili alır. İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan P.Əkbərov Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb”.

Məlumata görə, o, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-2022-ci illər ərzində Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də Gəncə Beynəlxalq Xəstəxanasında şöbə müdiri kimi fəaliyyət göstərib: “P.Əkbərov Türkiyə, Rusiya, Amerika, İsveçrə, Kanada, Almaniya, İtaliya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. “A.I.M.S” idman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvü olan P.Əkbərov bir çox elmi məqalələrin də müəllifidir”.

Mission News Theme by Compete Themes.