Press "Enter" to skip to content

Elis Spensli Mətbuat Şurasında olub

Son yeniləmə: 12 Yanvar 2023 13:44

BAYRAQDAR MEDİA – Yanvarın 12-də ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Elis Spensli və səfirliyin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev Mətbuat Şurasında olublar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, görüş Şuranın Beynəlxalq əlaqələr komissiyasının xətti ilə təşkil edilib: “Komissiya tərəfindən sədr Müşfiq Ələsgərli və qurumun üzvü Yeganə Hacıyeva, həmçinin, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov iştirak ediblər. Görüşdə ABŞ Səfirliyinin Azərbaycanın media məkanı ilə bağlı əlaqələrindəki spesifik məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, zaman-zaman həyata keçirilmiş qarşılıqlı əməkdaşlıq jurnalist ictimaiyyətinə müsbət nəticələr verib”.

Görüşdə, eyni zamanda, Mətbuat Şurasının Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında seçilmiş yeni İdarə Heyətinin ABŞ səfirliyi ilə əməkdaşlıq perspektivlərinə toxunulub: “Mövcud xüsusda hər iki ölkənin media qurumları arasında təmasların gücləndirilməsinin əsl həqiqətlərin çatdırılmasına töhfə verə biləcəyi vurğulanıb”.

Mission News Theme by Compete Themes.