Press "Enter" to skip to content

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindədir

Prezidentin qarşılanması

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyevi BƏƏ ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıb.

Mission News Theme by Compete Themes.