Press "Enter" to skip to content

Növbəti TOEFL iBT imtahanı

Son yeniləmə: 18 Yanvar 2023 17:58

BAYRAQDAR MEDİA – Yanvarın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 6 nəfər iştirak edib: “İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər”.
Növbəti TOEFL iBT imtahanının fevralın 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq olar.

Mission News Theme by Compete Themes.