Press "Enter" to skip to content

Azərbaycan Prezidenti üç səfirin etimadnaməsini qəbul edib

İlham Əliyev Ann Buayonun etimadnaməsini qəbul edir

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 26-da Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

O da xəbər verilir ki, eyni gündə İ.Əliyev Yunanıstanın yeni təyin olunmuş səfiri Xristos Kapodistriasın da etimadnaməsini qəbul edib.

Xristos Kapodistrias İlham Əliyevin qəbulunda
Xristos Kapodistrias İlham Əliyevin qəbulunda

Azərbaycan Prezidentinə etimadnaməsini təqdim edən daha bir diplomat isə Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyero olub.

Mariya Viktoriya Romero Kabalyero İlham Əliyevin qəbulunda
Mariya Viktoriya Romero Kabalyero İlham Əliyevin qəbulunda
Mission News Theme by Compete Themes.