Press "Enter" to skip to content

Yanvarın 29-u saat 17.00-da İranda etirazlar olacaq

Tehrandakı Azərbaycan səfirliyi

BAYRAQDAR MEDİA – Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən terror əməli Güney Azərbaycanlıları da hiddətləndirib. Bununla bağlı bir sıra qurumlar bəyanat verib, etiraz çağırışları edib.

Azad İran Telegram kanalı xəbər verir ki, yanvarın 29-u saat 17.00-da Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki baş konsulluq, həmçinin İranın başqa şəhərlərində yerləşən Azərbaycan nümayəndəlikləri önündə aksiyalar keçiriləcək.

Aksiya iştirakçıları səfirliyə edilən terror hücumu sonucu şəhid olan mühafizə rəisi Orxan Əsgərovun xatirəsini yad edəcək, ailəsinə, yaxınlarına başsağlığı diləyəcəklər.

Terror hadisəsini dinc aksiyada şam yandırmaqla pisləyəcək iştirakçılar bütün Güney Azərbaycanlıları və terrora yox deyənləri aksiyaya dəvət edir.

Mission News Theme by Compete Themes.