Press "Enter" to skip to content

Fars-molla rejimi yenə də hədsizlik etdi

Mohsen Rezayi

BAYRAQDAR MEDİA – İranı idarə edən fars-molla rejimi rəhbərlərinin dövlət adamı olmadığı, naşı davranışları artıq sirr deyil. Bu dövlətin rəsmiləri istər danışıqlarında, istərsə də yazışmalarında nala-mıxa vurur, özəlliklə də diplomatik etiketdən xəbərsiz olduqlarını göstərirlər.

İndi də bəlli olur ki, bu sırada İranın vitse-prezidenti Mohsen Rezayi də heç “geridə” qalmır. O, fevralın 2-də sosial media hesabında etdiyi paylaşımla Azərbaycana münasibətdə diplomatik etiketi aşan, hətta elementar normativlərə cavab verməyən dildən istifadə edib.

M.Rezayi yazıb: “İran və Azərbaycan Respublikası arasındakı əlaqə kimlik, coğrafi və tarixi bağdır və Bakı Tehrandan ayrı deyil! Qardaş tövsiyəmiz budur ki, bu ölkənin rəhbərliyi İsrail və Amerikanın tələsinin və təhlükəsizlik planının qurbanı olmasın. Tarix boyu hər bir ölkə başqalarının oyun meydanına çevriləndə taleyi dalana dirənib!”

Göründüyü kimi, İran rəsmisi Azərbaycanla hədə tonunda danışır (ilk cümlənin sonundakı “!” işarəsinə diqqət), eyni zamanda da Azərbaycan rəhbərliyinə ağıl öyrədir.

Əlbəttə, Azərbaycanın ən ali rəhbəri İlham Əliyevdir və onunla bu tonda danışmaq, ağıl öyrətmək hələ də orta əsr təfəkküründə ilişib qalmış fars-molla rejimi rəsmiləri üçün deyil. Ən azından ona görə ki, Azərbaycan Prezidenti İ.Əliyev cəhalət girdabında boğulan və bundan həzz alan İran rəsmilərindən fərqli olaraq müasir dünya görüşlü, savadlı və təcrübəlidir. Onun nəinki İran mollalarının, ümumiyyətlə hər hansı başqa dövlətin rəsmilərinin tövsiyəsinə əsla ehtiyacı yoxdur. Hələ onunla təhdidlə danışmaq da heç kimin, hamıdan öncə isə fars-molla rejimi yönəticilərinin həddi deyil.

Mission News Theme by Compete Themes.