Press "Enter" to skip to content

Eskişehirin 6 millət vəkili olacaq

Seçici bülletenləri

Son yeniləmə: 16 Fevral 2023 16:59

BAYRAQDAR MEDİA – 2021-ci ildə 7 olan Eskişehir millət vəkillərinin sayı növbəti seçkilərdə 6-ya düşəcək.

Bu barədə Eskişehirnet məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Yüksək Seçki Qurumunun aprel ayında Rəsmi Gazete də dərc etdiyi 31800 saylı qərarda 2021-ci ilin ünvan əsaslı əhali qeydiyyatı sistemi məlumatlarına görə Eskişehirdə millət vəkili sayının 7-dən 6-ya endiyi açıqlanıb. 2022-ci ildə əhali sayında köklü dəyişiklik olmadığı üçün növbəti parlament seçkilərində bu şəhərdən 6 millət vəkili seçiləcək.

O da bildirilib ki, 2017-ci il Türkiyədə keçirilən konstitusiya dəyişikliyi referendumundan sonra qəbul edilən qərarla Türkiyə Böyük Millət Məclisinin üzvlərinin sayı 550-dən 600-ə yüksəlib: “Daha əvvəl 6 millət vəkili seçə bilən Eskişehir 7 millət vəkili seçmək imkanı əldə etdi. Beləliklə, 2018-ci il seçkilərində 7 millət vəkili ilə paramentdə təmsil olunan Eskişehir, 2022-ci il əhali məlumatlarına görə, növbəti ümumi seçkilərdə 6 millət vəkili seçə biləcək”.

Mission News Theme by Compete Themes.