Press "Enter" to skip to content

Dövlət İmtahan Mərkəzi daha bir imtahan keçirib

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 27 Fevral 2023 13:11

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanını keçirib.
İmtahan 25 fevral 2023-cü il tarixində DİM-in Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub. İmtahanda 14 nəfər iştirak edib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır:

“Mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:

• TKT Module 1

• TKT Module 2

• TKT Module 3

• TKT Module YL (Young Learners)”.

Növbəti TKT imtahanı aprelin 29-da keçiriləcək: “Son qeydiyyat tarixi isə 13 mart 2023-cü ildir. Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test – CEPT) də təşkil edir. Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz”.

Mission News Theme by Compete Themes.