Press "Enter" to skip to content

İki ölkə arasında iqtisadi münasibətlər daha da dərinləşir

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 14 Aprel 2023 10:55

Vüqar Bayramov: Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 4,4 dəfə artaraq 595 milyon dollara qədər yüksəlib

BAYRAQDAR MEDİA – “2022-ci ildə Azərbaycanın ticarət dövriyyəsində ən böyük artımlardan biri Qazaxıstanla müşahidə olunub. Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 4,4 dəfə artaraq 595 milyon dollara qədər yüksəlib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, qeyd edib ki, ticarət dövriyyəsindəki kəskin artımlar iki ölkə arasında illik bir milyard dollarlıq ticarətə nail olmaq hədəfinin reallaşacağından xəbər verir: “Bu baxımdan iki ölkə arasındakı münasibətlər kifayət qədər strateji və dərindir. Eyni zamanda son illər iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi müşahidə olunur”.

V.Bayramov əlavə edib ki, Azərbaycanla Qazaxıstan həm də nəqliyyat və loqistika sahəsində uğurlu əməkdaşlıq qurub: “Hər iki ölkə “Orta Dəhliz”in reallaşmasına xüsusi töhfə verir. 2022-ci ildə həm Azərbaycan, həm də Qazaxıstan üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunub. Orta hesabla 30 faiz artım qeydə alınıb. Bu da ondan xəbər verir ki, iki ölkə beynəlxalq yükdaşımalar və nəqliyyat sahəsində də xüsusi əməkdaşlığa malikdir. O baxımdan deyə bilərik ki, Qazaxıstanla Azərbaycan arasında iqtisadi münasibətlər kifayət qədər inkişaf edib. Bu münasibətlər ondan xəbər verir ki, növbəti illərdə də hər iki ölkə xüsusən də həm ticarət dövriyyəsinin daha da artırılması, həm qarşılıqılı invesstiysiya qoyuluşları, həm də nəqliyyta və loqistikada mövcud potensialdan daha yaxından istifadə edəcəklər”.

Mission News Theme by Compete Themes.