BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir: “Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir”.





