BAYRAQDAR MEDİA – Türkiyədə cümhurbaşqanı seçkilərindən sonra formalaşan yeni hökumət kabineti ilk iclasını iyunun 6-da keçirəcək.
Kırım Haber Ajansının məlumatına görə, ilk iclas Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sədrliyi ilə keçiriləcək.
İlk iclasın əsas gündəm maddələri iqtisadiyyat və terrorla mübarizə olacaq.
İclasda yeni dövrün yol xəritəsinin, xüsusilə də terrorla mübarizənin müzakirə ediləcəyi açıqlanıb.





