Press "Enter" to skip to content

Doğu Türküstanda hicab qadağası

Doğu Türküstan

Son yeniləmə: 7 İyun 2023 10:22

BAYRAQDAR MEDİA – Çinin zülmü altında olan Doğu Türküstanda dövlət tərəfindən dəstəklənən soyqırım, türk mədəniyyətinin assimilyasiyası və məhvi səngimədən davam edir.

Kırım Haber Ajansı xəbər veri ki, Doğu Türküstanda türk və İslam mədəniyyəti Çin təzyiqləri qarşısında var olmaq üçün mübarizə aparır: “Uyğur türk fəallarının Çinin Doğu Türküstanda tətbiq etdiyi hicab qadağası ilə bağlı yayımladığı video diqqət çəkib. Çin sosial media hesablarında paylaşılan görüntülərdə, talan edilmiş evinin bağçasında Çin Kommunist Partiyasının (ÇKP) üzvünü görən uyğur türk qadını baş örtüyünü çıxarır.

Qısa müddət ərzində minlərlə baxış toplayan video dərhal TikTok, Weibo və buna bənzər Çin əsaslı proqramlardan silinib”.

Xaricdə yaşayan Doğu Türküstanlıların diqqət çəkdiyi görüntülər Doğu Türküstanda dövlətin tətbiq etdiyi hicab qadağasının davam etdiyini göstərib.

Mission News Theme by Compete Themes.