Press "Enter" to skip to content

Cenevrədə mühüm tədbir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib. İclasda İşçi Qrupun sədri Alparslan Acarsoy tədbirin Azərbaycanın ÜTT-yə üzvlük prosesinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 7-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib: “Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələrisənədin aidiyyəti bəndləri üzrə rəylərini bildiriblər, onların bu barədə sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.