Press "Enter" to skip to content

“Qadın bəşəriyyətin başlanğıcı kimi” mövzusunda diskussiya

Qadın bəşəriyyətin başlanğıcı kimi

BAYRAQDAR MEDİA – İyulun 13-də YARAT Müasir İncəsənət Məkanının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Yer kürəsi və incəsənət” müzakirə layihəsinin “Qadın bəşəriyyətin başlanğıcı kimi” adlı yeni panel diskussiyası olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirin qonaqları rəssam, heykəltəraş İslam Həsənəlizadə və müstəqil tədqiqatçı Əfsanə Tahirova olacaq. İ.Həsənəlizadənin əsərləri “Çəhrayı-Qara” qrup sərgisi (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi), “Katalizator” qrup sərgisi (Müasir İncəsənət Mərkəzi, Bakı), həmçinin Almaniya, Fransa, İtaliya və Yunanıstanda keçirilən qrup sərgilərində nümayiş olunub. Müstəqil tədqiqatçı olan Ə.Tahirova isə Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil alıb, fərdi və kollektiv kimlik mövzusunu araşdırır. O, incəsənəti kimlik ifadəsi vasitələrindən biri kimi tədqiq edir”.

Bildirək ki, “Yer kürəsi və incəsənət” müzakirə layihəsi qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsidir.

Qeyd edək ki, saat 19:00-da başlayacaq diskussiyanın moderatoru Mina Abbasovadır.

Mission News Theme by Compete Themes.