Press "Enter" to skip to content

“Haber Global”dan media nümayəndələri və blogerlər üçün təlim

ASAN xidmət

BAYRAQDAR MEDİA – İyulun 19-da saat 09:00-da “ASAN xidmət”in ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə “Haber Global” televiziyasının əməkdaşları tərəfindən media nümayəndələri və blogerlər üçün təlim proqramı təşkil olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən daxil olub.

Xəbərdə deyilir ki, “təlimin məqsədi media nümayəndələrinin təcrübə paylaşımında münbit platforma yaratmaq, xəbərin yaradılmasında və ictimaiyyətə çatdırılmasında innovativ alətlərin istifadəsini təşviq etmək, yeni trendlər üzrə maariflənməkdir. 2 saatlıq proqramda xəbərin yaradılmasında yeni trendlər, rəqəmsal platformalarda çatımlılığın artırılması yolları, təqdimat növləri və alətlər haqqında məlumat veriləcək”.

Qeyd edək ki, proqramda iştiraka dair eyni media qurumundan hər hansı say məhdudiyyəti nəzərdə tutulmur.

Mission News Theme by Compete Themes.