Press "Enter" to skip to content

İranın erməni sevgisi

Son yeniləmə: 26 İyul 2023 11:04

BAYRAQDAR MEDİA – İran Güney Azərbaycan türklərinə və Qaşqay türklərinə öz dillərində təhsil haqqı vermədiyi halda, paytaxt Tehranda Azad İslam Universitetində erməni dili və ədəbiyyatı kafedrası açılıb.

Kırım Haber Ajansının məlumatına görə, Azad İslam Universiteti mövzu ilə bağlı açıqlama verib. İranın Milli Tədqiqat İnstitutunun direktoru Əkbər Babayi iyulun 24-də bəyanatla çıxış edərək bildirib ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, yalnız ermənilərin ana dilində təhsil almaq hüququ var. Babayi yuxarıda adı çəkilən məqalədə yerli dillərin tədrisi ilə bağlı qeydin yanlış anlaşıldığını, bunun türklər üçün keçərli olmadığını və yalnız erməniləri nəzərdə tutduğunu bildirib.

Mission News Theme by Compete Themes.