BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev tanınmış jurnalist, Real TV-nin rəhbəri, media sahəsində uzun illərə dayanan xidmətləri olan Mir Şahin Ağayevi təltif edib.
Bununla bağlı Prezidentin mətbuat xidməti noyabrın 11-də xəbər yayıb.
“Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.” Bu cümlə Prezidentin Mir Şahinlə bağlı imzaladığı Sərəncamda yer alıb.
Qeyd edək ki, noyabrın 12-də Mir Şahinin 60 yaşı tamam olur.
BAYRAQDAR MEDİA olaraq ustad həmkarımızı təbrik edir, ona yeni-yeni uğurlar arzulıyırıq.





