Press "Enter" to skip to content

Şəhid bacısından örnək davranış – VİDEO

Sözügedən kitabın ön söz müəllifi Rəşad Məciddir

Son yeniləmə: 28 Noyabr 2023 09:13

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakıda “Xarıbülbülün qərənfilə müjdəsi” adlı yeni kitabın təqdimatı keçirilib. Kitabın müəllifləri Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət və həmin məktəbin biologiya müəllimi Gülnarə Musayevadır. Ön sözü Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Əməkdar jurnalist Rəşad Məcidə aid olan kitabda işğaldan azad edilmiş Qarabağ torpaqlarının flora və faunası, tarixi haqqında bilgilər yer alıb.

“Xarıbülbülün qərənfilə müjdəsi” təqdim edilib – VİDEO

Gülnarə Musayeva həm də bir şəhid bacısıdır. Onun qardaşı Vəfadar Eminov 1990-cı ilin 20 yanvarında Sovet (əslində rus) Ordusunun Bakıya hücumu zamanı şəhid olmuş vətən övladlarından biridir.

Kitabın təqdimatı zamanı bunu xatırladan Gülnarə müəllim bildirib ki, o, qardaşının şəhid edilməsindən sonra başına bağladığı örpəyi illərdir ki, sandıqda saxlayırmış. Lakin bu illər ərzində həmin örpəyi heç vaxt yumayıb. O, deyib ki, indi artıq Azərbaycan torpaqları işğaldan azad edilib, Vətənin ərazi bütövlüyü təmin olunub və şəhidlərin ruhu şaddır. Gülnarə müəllim çiyninə saldığı qara örpəyi bundan sonra götürərək Azərbaycan bayrağını başı üzərinə qaldırıb. Bu anlar təqdimatda iştirak edənlərin duyğulu anlar yaşamasına səbəb olub.

BAYRAQDAR MEDİA sözügedən anın qısa videosunu təqdim edir.

Mission News Theme by Compete Themes.